• 23 Noyabr 2024 16:02

Rusiya Ukraynada hər ay 24 min əsgər itirir – Şolts

Kremlin rəhbəri Vladimir Putin başlatdığı işğalçılıq müharibəsində çoxlu sayda hərbçisini qurban verməyə hazırdır.

Tacxeber.com xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.

“Burada söhbət hər ay 24 min rus əsgərinin ölməsi və ya ağır yaralanmasından gedir”, – Şolts vətəndaşlarla dialoq zamanı qeyd edib.

Kansler əlavə edib ki,  Putin “əzəmətli imperialist xəyalları naminə” müharibədə ordusunun itkilərini nəzərə almır.

Tacxeber.com

Oxşar xəbərlər