• 23 Noyabr 2024 21:38

Cips yeyən uşağın ürəyi dayandı: ölüm səbəbi… – FOTO

ABŞ-da cips yedikdən sonra ölən Herris Volobah adlı 14 yaşlı uşağın tibbi ekspertiza rəyi açıqlanıb.

 

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, onun “yüksək miqdarda kapsaisin (acı bibərin aktiv maddəsi) istehlakı nəticəsində yaranan qəfil ürək dayanması”ndan öldüyü üzə çıxıb.

 

Belə ki, Massaçusets ştatında 10-cu sinif şagirdi sosial şəbəkələrdə viral olan “ədviyyatlı tortilla chipsi yemək meydan oxuması”nda iştirak edib.

 

“Paqui” şirkətinin istehsal etdiyi çox ədviyyatlı çipsləri yedikdən qısa müddət sonra məktəblinin halı pisləşib.

 

Uşaqda ürək və ürək əzələ zolağının böyüməsi də olduğu bildirilir.

 

Qeyd edək ki, “Paqui” cipslərinin istehsalçısı sosial şəbəkələrdə başlatdığı “meydan oxuma”  yarışında alıcılardan dünyanın ən acı 2 bibərinin olduğu bu məhsulu yeyərkən özlərini videoya çəkmələrini istəyib. Şirkət həmçinin cipsləri yedikdən sonra müştərilərə su içməməyi məsləhət görüb.

 

Daha sonra ABŞ-də bu yarışa qatılan xeyli sayda uşaq xəstəxanalıq olub.

 

14 yaşlı Herris də adıçəkilən cipsi yedikdən sonra ötən il dünyasını dəyişib.

Tacxeber.com

 

 

Oxşar xəbərlər