• 21 Sentyabr 2024 16:50

Rusiyaya zərbə endirilməsinə hansı ölkələr razıdır?

Avropa Birliyinin müdafiə nazirləri Rusiyaya zərbələr endirmək üçün Qərb silahlarından istifadəyə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasını müzakirə etməyə başlayıblar.

 

Tacxeber.com xəbər verir ki, rusiyalı hərbi ekspert İqor Korotçenko Rusiyaya Qərb silahları ilə zərbə endirməyə razı olam və olmayan bəzi AB ölkələrini bu cür sıralayıb:

 

Leyinə olanlar:

– Hollandiya heç vaxt Ukraynanın Rusiyanı vurmalı olacağını istisna etməyib;

 

– Latviya Ukraynanın onlardan imtina etməsi üçün heç bir səbəb görmür;

 

– İsveç hesab edir ki, Ukraynanın özünümüdafiə hüququ Rusiya ərazisinə zərbə endirmək hüququnu nəzərdə tutur;

 

– Polşa Ukrayna hərbi qüvvələrinin Rusiya ərazisinə zərbə endirməsinə qarşı deyil.

 

Əleyhinə olanlar:

– İtaliya hesab edir ki, Kiyev üçün Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından söhbət gedə bilməz;

 

– Almaniya Qərb silahlarının Rusiya Federasiyası ərazisindəki hərbi hədəflərə, o cümlədən artilleriya və yanacaq anbarlarına hücumlarına qarşıdır;

 

– İspaniya hesab edir ki, Kiyevin Rusiya Federasiyasına qarşı hücumlar üçün NATO silahlarından istifadə etmək iradəsi və niyyəti yoxdur.

Tacxeber.com

Oxşar xəbərlər