• 21 Sentyabr 2024 06:49

Ukraynanın döyüş dronları Putinin sarayının yanındakı obyektlərə hücum edib

“Ukrayna dronlarının hədəfi Putinin Gelencikdəki sarayı ola bilərdi, bu, saraya edilən ilk hücum cəhdi deyil…”

 

Ötən gecə Ukrayna dronları Rusiyanın Krasnodar diyarında Gelencik ərazisindəki obyektlərə hücum edib.

Bu barədə regionun qubernatoru Veniamin Kondratyev məlumat verib. Məlumatı “svoboda.org” nəşri yayıb.

 

Onun sözlərinə görə, bütün PUA-lar hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilib.

“Krinitsa kəndində aparatlardan birinin qalıqları yarımçıq tikilini zədələyib. Canxot xutorunda dron ağacların üzərinə düşüb, baş verən yanğın söndürülüb. İlkin məlumata görə, zərərçəkən olmayıb. Hadisə yerində operativ və xilasedici xidmətlər işləyir”, – o, Telegram-kanalında yazıb.

 

“Azadlıq Radiosu”nun məlumatına görə, Ukrayna dronlarının hədəfi Putinin Gelencikdəki sarayı ola bilərdi.

“Canxot” xutorunun yaxınlığında İdokopas burnunda bir çox tədqiqatlaçıların iddia etdiyi kimi, Rusiya prezidenti Vladimir Putin üçün torpaq sahəsi və inşa edilən saray yerləşir. Krinitsa kəndində torpaq sahəsində yetişdirilən üzümün emalı üçün “Starıy Provans” şərab zavodu inşa edilib”, – jurnalistlər qeyd edib.

 

Bu, Putinin sarayına edilən ilk hücum cəhdi deyil. Bundan öncə mayın 17-nə keçən gecə dronlar sarayın yanından uçub.

2021-ci il yanvarın 19-da Korrupsiya ilə mübarizə Fondunun “Putin sarayı” haqqında tədqiqatı üzə çıxıb.

Burada iddia edilir ki, Rusiya hakimi Gelencikdə İdokopas burnunda yerləşən iqamətgahın gerçək benefisiarıdır. Putin bunu təkzib edib.

 

Kreml rəhbərinin çoxdankı tanışı, dzü-do üzrə sparrinq-tərəfdaşı, biznesmen Arkadi Rotenberq özünü kompleksin sahibi adlandırıb.

Elə həmin 2021-ci ildə “Otkrıtıye media” (“Açıq media”) nəşrinin dərc etdiyi tədqiqatda deyilib ki, İdokopas burnunda “Putin sarayının” ətrafında olan torpaq sahəsi Rusiya hakiminin ən yaxın ətrafındakı insanlar tərəfindən alınıb.

 

Tədqiqatda adları çəkilənlər arasında Gennadi Timçenko, Oleq Deripaska, Yuri Kovalçuk, Aleksandr Tkaçov və Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill də var. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər