• 20 Sentyabr 2024 02:35

Ermənistan parlamentində gərginlik – “Ara, mükafatları dram, ya manatla alırsız?”

Ermənistan parlamentinin komitəsinin iclasında hakim partiyanın deputatları ilə müxaliflər arasında gərginlik yaşanıb.

 

İclasda revanşist “Ermənistan” fraksiyasının deputatı Tadevos Avetisyan hakim partiyadan olan həmkarlarını Azərbaycana işləməkdə ittiham edib.

Absurd iddialarında irəli gedən deputat hökumətin polis əməkdaşlarına Azərbaycan manatı ilə mükafatlar verdiyini söyləyib: “Ara, bilmək istəyirəm ki, küçələrdə etirazçılara hücum edən polislərin mükafatları nə qədərdir, siz bunu dram, yoxsa Azərbaycan manatı ilə ödəyirsiniz?”

 

Hakim partiyanın deputatlarından biri Avetisyana sərt və qışqıraraq cavab verib: “Ara” sənsən, sakit otur yerində. Vopşe, nə deyə bilərsən?”

Zalda vəziyyət gərginləşib.

Sessiyaya sədrlik edən komitə sədri Andranik Köçəryan revanşist deputatı sözlərinə fikir verməyə çağırıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər