Bu dondurmaları ALMAYIN – XƏBƏRDARLIQ!
Artıq havalar isinmək üzrədir. Belə günlərdə isə əksəriyyət sərinləmək üçün dodurma yeyir. Digər tərəfdən, satışda kifayət qədər saxta, keyfiyyətsiz məhsulların olduğu da hər kəsə bəllidir.
Maraqlıdır, hansı dondurmaları istehlak etməliyik?
Bununla bağlı Sfera.az-a açıqlama verən qida eksperti Ağa Salamov deyib ki, sağlam dondurma sağlam qida zəncirində mühafizə olunub istehlakçılara təqdim olunan dondurmalardır. Onun sözlərinə görə, istehsalatda iş sonrası avadanlıqların düzgün yuyulması və dezinfeksiyası şərtdir, əks halda, qida zəhərlənməsi qaçılmazdır:
“Dondurma süd məhsulundan hazırlandığı üçün riskli qidalara daxildir və düzgün dezinfeksiya olunmayan avadanlıqlardan çarpaz çirklənmə nəticəsində məhsulda bulaşma baş verir. Dondurmalar soyuq qida zəncirində mənfi 18 dərəcə soyuducu ilə təchiz olunmuş maşınlarda daşınmalıdır. Marketlərdə isə dondurmaların mənfi 18 dərəcə soyuducularda mühafizə olunması şərtdir. Burada market inzibatçılarının da üzərinə düşən vəzifə dondurucunun qapağının açıq olmaması və mütəmadi nəzarətin gücləndirilməsidir”.
Ekspert bildirib ki, bəzən istehlakçılar soyuducudan dondurma götürərkən onun qapağını açıq qoyurlar:
“Bu zaman isti hava kütləsi soyuducuya daxil olur və dondurmalar əriyir. Bir dəfə donu açılıb, ikinci dəfə dondurulan dondurmalar təhlükəlidir və qida zəhərlənməsinə yol açır. Bu, generator ilə təmin olunmayan müəssisələrə də aiddir. Elektrikin getməsi nəticəsində də soyuducularda temperatur dəyişir və bu da dondurma ilə yanaşı, başqa riskli məhsulların donunun açılmasına səbəb olur”.
Ekspert donu açılmış məhsulları müəyyən etməyin yollarından da danışıb: