Günəş yenidən Yer kürəsini vurdu: İki qitə rabitəsiz qaldı
Günəşdə “AR3697” adlı yeni günəş ləkəsi yaranıb və orada güclü X1.4 sinifli partlayış baş verib.
Bu, ümumdünya vaxtı ilə saat 14:35-də (Bakı vaxtı ilə 18:35) baş verib. Yerə 10 dəqiqədən az vaxt ərzində çatan intensiv şüalanmanın yayılması nəticəsində ABŞ-nin şərqində və Qərbi Avropada qısadalğalı radiorabitəsi kəsilib.
Xatırladaq ki, bu sinfə aid partlayışlar Günəşdə ən güclü radiasiya və enerji emissiyası ilə müşayiət olunur.