Dəri xərçəngini erkən mərhələdə aşkar edən plastır yaradılıb
İsveçin Karolinska İnstitutunun alimləri dərinin səthində bədxassəli melanomanın biomarkerlərini tuta bilən mikroiynəli yeni növ plastır hazırlayıblar.
Oxu.az xəbər verir ki, plastır bədxassəli melanoma üçün mühüm biomarker olan tirozinazı aşkarlaya bilən mikroiynələrlə təchiz olunub. Bu, melanositlərdən – melanin istehsal edən dərinin piqment hüceyrələrindən inkişaf edən bədxassəli bir şişdir. Dəridə birbaşa ferment səviyyələrini ölçməklə, xəstəliklə bağlı dəyişikliklər tez bir zamanda müəyyən edilə bilər.