• 16 Sentyabr 2024 23:45

Netanyahunun oğlundan təhrikçi Kürdüstan paylaşımı – Azərbaycanın da adı keçir / FOTO

 

İsrailin baş naziri Beynamin Netanyahunun oğlu Yair Netanyahu X hesabında kürdlərin müdafiəsi ilə bağlı paylaşım edib.

 

Tacxeber.com xəbər verir ki, onun paylaşımına əlavə etdiyi xəritədə kürdlərin torpaqları olaraq qeyd edilən ərazilərə Azərbaycanın Cənub-Qərb rayonları da daxil edilib.

 

Yair paylaşımında “Bütün nəzərlər Kürdüstandadır”, “Türkiyədəki kürd əhalinin genosidi dayandırılsın”, “İran, İraq, Suriyada kürdlərin genosidi dayandırılsın” kimi təhrikçi şüarlar qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər