• 08 Sentyabr 2024 05:26

Politoloq: Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq…

Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-ın sabiq pezidenti Donald Trampı təqsirli bilərək məhkum edib…

 

Oktay Qasımov: “Hal-hazırda Respublikaçılar Partiyasından əsas favorit namizəd Trampdır ve Respublikaçılar Partiyası belə bir qərar qəbul edəcəksə, o zaman Trampın prezident seçkilərinə seçilmək imkanları qalır”.

“Bütün hallarda Trampın namizədliyi veriləcək və o seçkilərə qatıla biləcək. Bu isə o deməkdir ki, ABŞ böyük bir sistem böhranı yaşamaqdadır”.

 

Bu sözləri politoloq Oktay Qasımov ABŞ-ın sabiq pezidenti Donald Trampın təqsirli hesab edilməsini Poliqon-a şərh edərkən qeyd edib.

Nyu-York məhkəməsinin münsiflər heyəti ABŞ-ın sabiq pezidenti Donald Trampı təqsirli bilərək məhkum edib. Tramp haqqında hökm iyunun 11-də veriləcık, amma faktiki olaraq sabiq prezident artıq məhkum hesab olunur.

Trampın 2024 seçkilərinin əsas favoriti olduğunu və haqqında daha üç cinayət məhkəməsi olduğunu nəzərə alarsaq, Amerika daxili siyasətində yaranmış vəziyyəti necə dəyərləndirmək olar? Trampın namizədliyinin ləğv olunması ehtimalı varmı?

 

Trampın seçkiyə qatılacağını və qalib gəlmək şanslarının da olduğunu vurğulayan politoloq Poliqon-a bildirib ki, ABŞ qanunvericiliyi məhkum olunsa belə Trampın seçkilərdə iştirakını qadağan etmir:

“Donald Tramp haqqında Nyu-York məhkəməsinin qərarının veriləcəyi müddətə təxminən ay yarım var və gözlənilir ki, məhkəmə də artıq istənilən həbsə razılıq verəcək. Belə olacağı halda keçmiş prezidenti uzun müddətli həbs cəzası gözləyir. Amma ABŞ-ın qanunlarına görə bu məsələ necə həll olunacağını nəzərə almalıyıq. Trampın namizədliyi ləğv oluna bilər, yaxud məhkəmənin getdiyi müddətdə Respublikaçılar Partiyasının qurultayının keçirilməsi və namizədliyinin irəli sürülməsi nəzərdə tutula bilər.

 

ABŞ qanunvericiliyi məhkum olunsa belə Trampın seçkilərdə iştirakını qadağan etmir. Lakin düşünürəm ki, Trampın məhkum olaraq qalib gəlməsi ABŞ-da böyük bir konstitutsiya böhranı yaradacaq. Əslində bu böhran hazırda var və düşünürəm ki, yaxın vaxtlarda biz bu böhranın dərinləşəcıyinin şahidi olacağıq.

Hal-hazırda Respublikaçılar Partiyasından əsas favorit namizəd Trampdır ve Respublikaçılar Partiyası belə bir qərar qəbul edəcəksə, o zaman Trampın prezident seçkilərinə seçilmək imkanları qalır. Onun vəkilinin ifadəsilə desək, seçkilərə qatılaraq səs ala bilər və seçilə də bilər. Amma bunun ABŞ qanunvericiliyi ilə necə tənzimlənəcəyi maraq doğurur. Belə ki, prezidentin həbs olunması heç də məntiqli görünmür.

 

Bütün hallarda baş verənlər ABŞ-ın daxili siyasət ilə daha çox əlaqəlidir. Trampın özü nə qədər ziddiyyətli şəxsiyyət olsa da, ABŞ qanunvericiliyində müəyyən boşluqlar onun prezidentliyi və ondan sonrakı dönəmdə xüsusilə, növbəti prezident seçkiləri ərəfəsində ona qarşı məhkəmə sistemindən istifadə olunmaqdadır. Hər halda, mən düşünürəm ki, bütün hallarda Trampın namizədliyi veriləcək və o seçkilərə qatıla biləcək. Bu isə o deməkdir ki, ABŞ böyük bir sistem böhranı yaşamaqdadır”. (Poliqon)

Tacxeber.com

Oxşar xəbərlər