Şirvan şəhər icra hakimiyyətində biabırçılıq – Sahibkarlardan ət tələb olunur
Şirvan şəhər sakini, 67 yaşlı gözdən əlil sahibkar Qurbanxan Abdulhəsən oğlu Dəmirov bildirir ki, İcra Hakimiyyəti ondan əsassız olaraq qarşıdan gələn Qurban Bayramı münasibətilə 20 kq ət tələb edir…
Tacxeber.com xəbər verir ki, Qurbanxan Dəmirovun sözlərinə görə “İcra başçısının müavininin sürücüsü tərəfindən mənə göndərilən nömrəsiz teleqramda bildirilir ki, Şirvanda yaşayan aztəminatlı ailələrə qurban payının verilməsi üçün müəssisəniz tərəfindən hər biri 2 kq olmaqla 10 ədəd bağlama verilməsi xaiş olunur.
İcra Hakimiyyəti həmin vəsaiti öz hesabına yox, yerli məmur və sahibkarların hesabına formalaşdırmağa qərar verib.”
Baş verən olayla bağlı haqlı narazılığını bildirən sahibkar hazırda müəssisənin işində böyük çətinliklər olduğunu bildirib.
O bildirir ki, əvvələr müəyyən işlərdə əlindən gələn köməklikləri əsirgəməyib mütəmadi olaraq dövlətə dəstək çərçivəsində COVİD-19 fonduna, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə, habelə Türkiyədə baş vermiş zəlzələyə kömək məqsədilə ümumilikdə 2500 manat maddi yardım etdiyini bildirib.