• 23 Noyabr 2024 20:45

Ürəyin dostu LOBYA – küncüt yağı ilə bişirdikdə…

Diqqət! Bu xəstəliyi olanlar lobya yeməsin…

ureyin-dostu-lobya

 

Özünə məxsus qoxusu ilə yazda süfrələrin ləzzətli yeməyi olan paxla immun sisteminin qorunmasında faydalıdır. Təzə lobya zəngin tərkibi ilə son dərəcə qidalandırıcı xüsusiyyətə malikdir. Küncüt yağı ilə bişirdikdə lobyanın faydalılığı daha da artır.

 

Tacxeber.com bildirir ki, 100 qram paxlada 8,2 qram karbohidrat, 4.64 qram protein, 1.63 qram lif vardır. Bununla yanaşı natrium, kalium, fol turşusu və C vitamini ilə zəngindir.

 

Ürəyi qoruyur…

Təzə lobya ürəyin dostudur. Yüksək protein və lif tərkibli olması, xolesterolsuz özəlliyi ilə xolesterolu yüksək olan insanlar tərəfindən qırmızı ətə alternativ olaraq qəbul edilməlidir. Lif tərkibi ilə orqanizmdəki pis xolesterolun aşağı düşməsinə kömək edir. Veqan və vegeterianlar üçün əla protein qaynağıdır.

 

Davamlı yeyildikdə lif tərkibi ilə qəbizliyə qarşı müsbət təsir edir. Xorniki qəbizlik yaşayan insanların kolon xərçənginə yaxalanma riski yüksəkdir. Ona görə də paxlagillər və tərəvəzlərlə gündəlik lifə olan ehtiyacınızı tamamlayın. Təqribən 1 porsiya lobya, gündəlik lifə olan ehtiyacın 36 faizini təmin edir. Mövsümündə həftədə 2 gün lobya yeməkdə fayda var. Lakin qıcıqlanan bağırsaq sindromu olan xəstələrdə köp yaradacağı üçün lobyadan uzaq durmaq tövsiyə olunur.

 

Tərkibindəki linoleik turşusu pandemiyanın yaşandığı bir dövrdə virusun hüceyrə quruluşunu pozaraq orqanizmin mübarizə aparmasına kömək edir.

 

Zəngin lif və protein qaynağıdır. Aşağı kalorili, lakin tox tutan qidadır. Günorta yeyildiyində toxluq hissi uzun davam edir və arıqlamağa kömək edir.

 

DİQQƏT! BU XƏSTƏLİYİ OLANLAR LOBYA YEMƏSİN

Lobyanın faydalı olmağına rəğmən bəzi insanların ondan uzaq durması lazımdır. Xalq arasında paxladan zəhərlənmə, tibdə isə favizm olaraq bilinən bu xəstəlik ferment çatışmazlığı olan insanlarda rast gəlinir. Talassemiya xəstəliyinə bərabər tutulan xəstəlik olduğu üçün həmin insanların lobya yeməmələri tövsiyyə edilir. Xüsusilə də uşaqlarda bu ferment çatışmazlığı hələ aydın olmursa, hamilə qadınlara və körpələrə verilməsi də məsləhətli deyil.

Tacxeber.com

Oxşar xəbərlər