İran parlamentinin keçmiş üzvü Zöhrə Elahian İslam Respublikasında iyunun 28-də keçiriləcək prezident seçkilərində potensial namizəd kimi qeydə alınıb.
Tacxeber.com “Mehr”ə istinadla xəbər verir ki, o, qeydə alının ilk qadın namizəd olub.
Qeyd edək ki, Elahian İranın 11-ci parlamentinin üzvü olub.
Daha əvvəl isə, iranlı siyasətçilər Məsud Pezeşikyan, Əlirza Zakani, Seyid Əhməd Rəsulinəjad, Həbibullah Damarde, Seyid Məhəmməd-Rza Mirtajodini, Fəda-Hüseyn Maleki və Vahid Haqanianın namizədliyi qeydə alınıb.
Xatırladaq ki, İranda prezident seçkilərində iştirak üçün qeydiyyat prosesi mayın 30-da başlayıb.