• 23 Noyabr 2024 12:35

AFFA-nın vitse-prezidentindən ŞOK QƏRAR!

AFFA-nın vitse-prezidenti Elşad Nəsirov millinin yeni baş məşqçisini müəyyənləşdirmək məqsədilə yaradılan İşçi Qrupun sədrliyindən ayrılıb.

 

Bu qərarı vermək üçün heç kim ona təsir etməyib.

Nə elə, nə belə. Nəsirov İcraiyyə Komitəsinin son iclasının ardından belə qərara gəlib.

 

O, mövqeyi barədə AFFA prezidenti Rövşən Nəcəfi məlumatlandırıb. Bildirib ki, daha bu prosesdə yaxından iştirak etmək istəmir, seçim üçün İcraiyyə Komitəsinin üzvlərinin ümumi rəyi yetərlidir.

Vitse-prezident fikrini SOCAR-dakı işlərinin çoxluğu ilə əlaqələndirib.

 

Nəsirov 2004-cü ildən bu yana AFFA-da eyni vəzifəni tutur. Ramiz Mirzəyev və Rövnəq Abdullayevin dönəmində, yəni, 20 il ərzində əsasən milli komandalarla əlaqəli fəaliyyət göstərib.

Bu sahə daim onun kurasiyasında olub. (Sportinfo)

Tacxeber.com

Oxşar xəbərlər