• 23 Noyabr 2024 05:08

Tramp Ukraynanı qurban verəcək? – Zelenski narahatdır

 

ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukraynanın hesabına müharibəni bitirməyə razılaşacaq və bununla da Amerikanın zəifliyini göstərəcək.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

 

“Təsəvvür edək ki, Tramp prezident oldu və müharibəni Ukraynanın hesabına bitirmək qərarına gəldi. Misal üçün, birtəhər dialoqda Putindən təsdiq aldı ki, bu müharibə dayanmalıdır. Ukraynalılar buna dözməyəcəklər, amma o, sonra deyə bilər ki, Ukraynaya heç bir dəstək vermir. ABŞ-ın yeni prezidenti bütün dünya üçün kim olacaq? Başa düşmürəm, o, həqiqətənmi məğlub prezident olmaq istəyir?” – Zelenski vurğulayıb.

 

Zelenskinin sözlərinə görə, o zaman ABŞ-ın təsiri institusionallıq baxımından sıfır olacaq. Amerika “böyük oyunçu” olmaqdan çıxacaq. Nəticədə meydana digər ölkələrin liderləri girəcək və bu, Üçüncü Dünya müharibəsinin başlamasına səbəb olacaq.

 

Qeyd edək ki, Tramp yenidən seçiləcəyi təqdirdə cəmi 24 saat ərzində Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə nail olacağını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər