“Biz sonadək şansımızı qoruduq, amma alınmadı” – Rəşad Sadıqov
“Finalda “Qarabağ”a qarşı oynamaq çətindir. Biz sonadək şansımızı qoruduq, amma alınmadı”.
Tacxeber.com report.az-a istinadən xəbər verir ki, bunu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Qarabağ”a 1:2 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun final matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis futbolçuları meydanda göstərdikləri oyuna görə təbrik edib:
“Onların finalda və kubokda etdiklərini ayrı qiymətləndirmək istəyirəm. Birinci hissədə meydanda taktiki savaş getdi. Rəqib hissənin sonlarında ilk təhlükəli hücumda qol vurdu. İkinci yarıda daha çox pressinq etməyə çalışdıq və meydanda açıq futbol getdi”.
R. Sadıqov bu görüşün oyunçulara xeyir verəcəyini bildirib: