Sabiq baş nazirin inəklərlə selfi istəyi: isti qarşılamadılar… – FOTO
Azərbaycanın sabiq baş naziri inəklərlə selfi çəkdirmək istəsə də, inəklər onun bu “təklif”indən heç də mənun qalmayıb. Ən maraqlısı budur ki, sabiq baş nazir inəklərlə selfi çəkilişi zamanı biri arxasını, digəri də üzünü geriyə çevriib.
Tacxeber.com xəbər verir ki, Azərbaycanın sabiq baş naziri, Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn Sabirabad rayonunda öz kəndində olarkən inəklərlə selfi çəkdirmək istəyib. Amma bu istək uğurlu alınmayıb.
Bununla bağlı Pənah Hüseyn Facebook sosial şəbəkəsindəki hesabında paylaşım edib.