• 23 Noyabr 2024 08:56

Cənnət meyvəsi – üzüm və faydaları

 

Qida dəyəri ilə seçilən üzüm yüksək miqdarda antioksidant ehtiva edir. Ürək xəstəlikləri riskini azaldan, şəkər xəstəliyinə də nəzarət edən üzüm göz sağlamlığını dəstəkləyir, keyfiyyətli yuxu təmin edir və xərçəng əleyhinə təsir göstərir.

 

Tacxeber.com baku.ws-ə istinadən üzümün faydalarını təqdim edir.

 

Üzümdə yüksək səviyyədə antioksidanlar, həmçinin C və K vitaminləri də var. Üzüm yüksək antioksidant tərkibi ilə immuniteti gücləndirən meyvədir. Eyni zamanda, üzüm şəkər xəstəliyinə nəzarət edir, ürək sağlamlığını dəstəkləyir, gözlərə faydalıdır, keyfiyyətli yuxu təmin edir, yaddaşı gücləndirir, həzmi aradan qaldırır, xərçəng əleyhinə təsir göstərir və sümükləri gücləndirir.

 

Antioksidantla zəngin meyvə olan üzümün faydaları aşağıdakılardır:

 

İmmuniteti gücləndirir.
Qan şəkərini tənzimləyir, şəkər xəstəliyinə nəzarət edir.
Ürək sağlamlığını dəstəkləyir.
Göz sağlamlığı üçün yaxşıdır.
Keyfiyyətli yuxu təmin edir.
Yaddaş, diqqət və əhval-ruhiyyəni yaxşılaşdırır.

Həzmsizlik və qəbizliyə müsbət təsir göstərir.
Yaşlanma əlamətlərini gecikdirə bilər.
Xərçəng əleyhinə təsir göstərə bilər.
Bədənin su ehtiyacını dəstəkləyir.
Sümükləri gücləndirir.

Bakteriya və göbələklərdən qoruyur.
Bədəndə iltihabı azalda bilər.

 

Üzümün tərkibində olan resveratrol adlı birləşmənin beyindəki iltihabı azaltdığı deyilir. Bu təsir mümkün yaddaş itkisinin qarşısını ala, həmçinin əhval-ruhiyyəyə müsbət təsir göstərir.

 

Kalium və liflə zəngin olan yaşıl üzüm yüksək təzyiqi salmağa və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edir. Qara üzüm kimi güclü antioksidant tərkibi ilə immuniteti gücləndirən yaşıl üzüm də C və K vitaminlərini ehtiva edir.

 

Yaşıl üzümün faydaları aşağıdakılardır:

 

Ürək-damar xəstəlikləri riskini azaldır.
Yaşıl üzüm antioksidant təsiri ilə immuniteti gücləndirir.
C və K vitaminləri ilə zəngindir.
Yaşıl üzüm bağırsaqlara faydalıdır.
Bədənin su ehtiyacına töhfə verir.

 

Gündə orta hesabla bir kasa üzüm yemək üzümün potensial faydalarını görməkdə təsirli ola bilər. Ancaq üzümün miqdarı xüsusilə şəkər xəstələrinin diqqət etməli olduğu bir məsələdir.

 

Nəzərə alınmalı olan məqam üzümün yüksək fruktoza tərkibli qida olmasıdır. Bu o deməkdir ki, xüsusilə 2-ci tip diabet və ya fruktoza dözümsüzlüyü olan insanlarda qan şəkərini artıra bilər.

 

Lakin üzümdə olan bu yüksək fruktoza o demək deyil ki, üzümdən tamamilə imtina etmək lazımdır. Hətta 2-ci tip diabetli insanlar da sağlam pəhrizin bir hissəsi kimi üzüm yeyə bilərlər. Əhəmiyyətli olan, qan şəkərini artırmamaq üçün üzümün porsiya ölçülərinə diqqət yetirmək və üzüm istehlakını məhdudlaşdırmaqdır. Üzüm kimi yüksək fruktoza meyvələri istehlak edirsinizsə, banan kimi aşağı fruktoza meyvələri yeyərək bunu balanslaşdırmağa çalışın.

Tacxeber.com

Oxşar xəbərlər