“Mən dərs danışıram, oğlan dönüb qızın ağ baldırına baxır”
“Bir də görürəm dərsdə tələbələrdən biri qısa şortiklə oturub. Deyirəm qızım, sən hara gəlmisən? Bu çimərlik deyil! Bu geyim üçün çimərliklər, diskotekalar, barlar var”.
Bu sözləri Əməkdar artisti Gülşad Baxşıyeva “Həftənin qonağı” verilişində deyib.
O, müəllim kimi çalışdığı Mədəniyyət və İncəsənət Universitetinin qız tələbələrinin açıq-saçıq geyinməsindən gileylənib:
“Qız gəlir qısa şortikdə oturur, mən orda dərs danışıram, oğlanların fikri isə qalır qızın baldırında. Mən danışdıqca başını çevirib qızın ağ budlarına baxır. Deməli, o oğlan bu gün dərsi öyrənmədi.
Axırda qızı qaldırıram, deyirəm, get, adam paltarı geyin! Qızlar da dilli olub, cavab qaytarır ki, necə yəni adam paltarı geyinim? Qarşısında olan pedaqoqun da hansı yaşda olduğunu nəzərə almır və cavab qaytarır.
Deyirəm ki, sən çimərlik paltarında gəlmisən, mən yanındakı tələbələri dərsə cəlb edə bilmirəm, cazibə qüvvəsi sənin baldırlarındadır”.