• 23 Noyabr 2024 22:33

Əsrlərdir bizdən gizlədirlər: bunlar haram deyil! – Zirəddin

 

Həzrət İsa dünyaya gəlməmişdən öncə onun dünyaya gəlişini Şərqdən gələn üç nəfər münəccim yəhudi kralı Hiroda söyləyiblər. Bu, müqəddəs İncil kitabında da öz əksini tapıb. Məhz buna görə də xristian fəlsəfəsində münəccimlik haram deyil. Sadəcə, keşişlərə sərf etmədiyi üçün müqəddəs İncilin o hissəsini görməzdən gələrək, insanları yanıldırlar. İslam fəlsəfəsində isə münəccimlik ümumiyyətlə haram sayılmır.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Globalinfo.az-a Zirəddin Rzayev falçılıq, ekstrasenslik edənlərlə bağlı mənfi fikir bildirənlər barədə danışarkən deyib.

 

O, Quran surələrindən birinin “Buruc”, yəni “bürclər” olduğunu qeyd edib:

 

“Müqəddəs kitabda bundan əlavə “cəfr”, “rəml” elmi kimi gizli islam elmləri bugünkü yəhudi “kabbala” elmindən çox güclüdür. Sadəcə, dar dünyagörüşlü “din xadimləri”nin apardıqları təbliğat nəticəsində geriyə qaldıq. İslamda sünni və sufi təriqətinin ən böyük alimlərindən olan İbn Ərəbi məhz gizli elmlərlə məşhur olub. Sözün əsl mənasında o, Nostradamusdan daha savadlı, daha zəngin potensiala malik bir dahidir. Məsələ burasındadır ki, İbn Ərəbi məktəbini öz-özümüzə haram edərək, cəhalətdə boğulmağa başladıq”.

 

Z.Rzayev deyib ki, ortaya qoyulan sualların ən şəffaf cavabı “Ayət-əl-kürsi”dir:

 

“Məsələn, “Bəqərə” surəsində Allah buyurur: “O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Yaranmışlar Allahın elmindən, onun özünün istədiyindən başqa, heç bir şey qavraya bilməzlər”. Elə bu ayədə Allah münəccimlərə, ekstrasenslərə, alimlərə, sinoptiklərə və digərlərinə işarə edərək bildirir ki, gələcəyi Allahın istədiyi qədər bilmək olar. Biz bu gün də buna şahid oluruq. Fikir verin, sinoptiklər hava ilə bağlı gələcəyi deyirlər, Zirəddin Rzayev İngiltərə Kraliçasının ayın 8-i öləcəyini 5 il öncədən KIV-də söyləyir və s. Bəs onda mollaların və savadsız kütlənin “qeybi yalnız Allah bilər” fəlsəfəsi harada qaldı?! Halbuki “qeyb” sözü Quranda nə keçmişə, nə gələcəyə aiddir”.

 

Ekstrasensin fikrincə, “qeyb” dedikdə gizli aləmlər nəzərdə tutulur:

 

“Məsələn, ölülər, mələklər, cinlər və digər gizli aləmlər nəzərdə tutulur. Doğrudan da qeybi bütövlükdə heç kimsə, hətta peyğəmbərlər də bilə bilməzlər. Quran falı pisləyir, fal isə hər hansı bir əşyanın vasitəsi ilə gələcəkdən xəbər vermək deməkdir. Bura da kartlar, tarotlar, fal oxları və digər vasitələr daxildir. Heç bir həkim deyə bilməz ki, mən tibb elmini bilirəm. Bu, mümkün deyil. Hər həkimin bildiyi bir sahə var. Qeyb də onun kimidir, qeybi bilmək qeyri-mümkündür. Məhz bu həqiqətləri əsrlərdir ki, bizlərdən gizlədirlər”.

Tacxeber.com

Oxşar xəbərlər