• 23 Noyabr 2024 00:47

İyun ayında Yer kürəsini güclü maqnit qasırğaları bürüyəcək – XƏBƏRDARLIQ

İyun ayında Yer kürəsini güclü maqnit qasırğaları bürüyəcək - XƏBƏRDARLIQ

“Maqnit qasırğaları günlərində meteohəssas insanlar, xroniki xəstəlikləri olanlar ehtiyatlı olmalı, həkimlərin tövsiyələrinə əməl etməlidir…”

 

İyun ayı Günəşdə X 1.45 sinfindən olan partlayış səbəbindən güclü maqnit qasırğalarından başlayıb. İyunun 4 və 5-də Günəşin fəallığı 5 bal gücündə gözlənilir, sonra iyunun 9-da bir günlük yüksək Günəş fəallığı proqnozlaşdırılır.

 

Moderator.az xəbər verir ki, bu barədə “gorod55.ru” nəşri məlumat yayıb.

 

İyunun 12-dən iyunun 15-dək dörd günlük maqnit qasırğası olacaq. İlk günlər Günəş fəallığı yüksək olmayacaq (4 bal), lakin iyunun 14 və 15-də 6 bala yüksələcək.

 

İyun ayında sonuncu geomaqnit qasırğası iyunun 19-dan iyunun 23-nədək baş verəcək, o, zəif olsa da, uzunmüddətli olacaq. Yalnız iyunun 21-də onun gücü 5 bal, digər günlər 4 bal təşkil edəcək.

 

X-sinfindən olan Günəş partlayışları ən güclüsü hesab edilir. Orta hesabla bu səviyyədə partlayışlar il ərzində 10 dəfəyədək olur.

 

Qırmızı səviyyəli (K 5 – K 9 indeksli) qasırğalarda rabitə mənbələri-qüllələr, peyklər, radiotezliklər, GPRS-in işində problemlər yarana bilər.

 

Dünya alimləri maqnit qasırğaları ilə insan fəaliyyəti arasında qarşılıqlı əlaqə barədə çoxsaylı tədqiqatlar aparıb.

 

Maqnit qasırğalarının sağlamlığa və psixoemosional sferaya təsirini sübut edən məlumatlar var.

 

Belə günlərdə insanlar depressiya, əhval-ruhiyyənin pisləşməsindən şikayət edir və həkimlərə, o cümlədən kardioloqlara müraciət edir.

 

Ən geniş yayılan şikayətlər:

– baş ağrısı

– miqren

– zəiflik

– yorğunluq

– gündüz yuxululuğu

– başgicəllənməsi

– diqqətin pozulması

– başda “duman”

– tez yorulma

– təzyiqin dəyişməsi

– ürək-damar sistemində problemlər

– əhvalın pozulması

– yüksək əsəbilik

– xroniki xəstəliklərin kəskinləşməsi.

 

Meteohəssas insanlara həkimlər adətən ümumi tövsiyələr verir, bunlar geomaqnit dəyişikliklərin təsirini azalda və orqanizmə əlavə yük zamanı dəstək ola bilər.

 

Maqnit qasırğaları günlərində vaxtında yatmaq və tam yuxu almaq (ən azı 7-9 saat), qida rasionuna təzə meyvə-tərəvəz əlavə etmək, yağlı və şirin yeməkləri istisna etmək, kifayət qədər qazsız su içmək, qəhvədən, energetik içkilər, alkoqol, siqaret, kəskin və zərərli qidadan sui-istidafə etməmək gərəkdir.

 

Həmçinin fiziki və psixoemosional yükü azaltmaq, zəruri hallarda yardım üçün həkimlərə müraciət etmək tövsiyə edilir.

Tacxeber.com

Oxşar xəbərlər