• 22 Noyabr 2024 13:05

OXUYAN QIZLA SEVGİLİ OL!

Oxuyan bir qızla sevgili ol. Pulunu pal-paltar əvəzinə kitablara sərf edən bir qızla sevgili ol. Kitablarından dolayı rəfinə sığa bilməz o. Oxuyacağı kitabların siyahısını tutan, 12 yaşından bəri kitabxana kartı olan bir qızla sevgili ol.

 

Oxuyan bir qız tap. Oxuyan bir qız olduğunu çantasında hər zaman oxumaqçün kitab gəzdirməyindən anlaya bilərsən. Kitab dükanında sevgiylə rəflərə baxan və axtardığı kitabı tapanda səssizcə sevinəndir o. Bukinistdə köhnə bir kitabın səhifələrini qoxlayan gözəl xanımı gördünmü? Bax, o oxucudur. Üstəlik kitabın səhifələri saralıbsa qoxlamadan durmaz…

 

Kafedə kimisə gözləyərkən oxuyan qızdır o. Fincanına göz gəzdirsən qəhvəsinin soyuduğunu görərsən, çünki kitaba dalıb. Yazarın yaratdığı dünyada qeyb olub. Sən də bir stul çək, otur yanında. Sənə tərs-tərs baxa bilər, çünki kitab oxuyan qızlar narahat edilməyi sevməzlər.

Ondan kitabı sevib sevmədiyini soruş. Ona yeni bir qəhvə sifariş ver. Murakami haqqında nə düşündüyünü soruş. Coysun “Ulisis”ini başa düşdüyünü deyirsə, deməli intellektual görünməyə çalışır. Alisanı çox sevir, yoxsa Alisa olmaq istəyir, bunu soruş.

 

Oxuyan bir qızla sevgili olmaq çox asandır. Doğum günündə, Yeni ildə və ona kitab ala bilərsən. Ona sözlər hədiyyə et, şeirlərdən və mahnılardan hədiyyə olan sözlər. Ona Neruda, Paund, Sekston, Kamminqs hədiyyə et. Sözlərin eşq olduğuna inandığını bilsin.

Real həyatla kitablardakı həyatı ayırd edə bilər, amma yenə də həyatını bir az da olsa ən sevdiyi kitabdakı həyata bənzətməyə çalışacaq. Bunda sənin günahın yoxdur. Hər hansı bir üsulla bunu yoxlayacaq. Ona yalan danış. Sintaksis bilirsə yalan dediyini də başa düşəcək. Sözlərin arxasından başqa şeylər var: niyyət, dəyər, təfərrüat, ünsiyyət. Dünyanın sonu olmayacaq. Onu boş ver. Çünki oxuyan bir qız dərələrin hər zaman zirvələrlə bitdiyini bilir. Hər şeyin sona çatacağını bilir.

 

Hekayənin davamını hər zaman yaza bilərsən. Təkrar-təkrar başlaya bilər və hələ üstəlik qəhrəman olaraq da qala bilərsən. Bu həyatda bir-iki pis adama yer vardır. Olmadığın hər şey üçün niyə qorxursan iki? Oxuyan qızlar da bilirlər ki, obrazlar kimi insanlar da inkişaf edə bilərlər. “Alatoran” silsiləsi istisnadır.

 

Əgər oxuyan bir qız tapsan onu yanından ayırma, ondan ayrılma. Gecənin bir yarısında kitabı sinəsinə basmış ağlayan vəziyyətdə tapa bilərsən onu, ona çay dəmlə və qucaqla. Onu bir neçə saniyəliyinə itirə bilərsən, amma həmişə sənə geri qayıdacaq. Kitabdakı obrazlardan elə danışacaq ki, elə bil həqiqidirlər. Çünki bir anlıq olsa belə həqiqətdirlər. Ona bir hava şarında, ya da bir rok konsertində evlənmə təklifi et. Ya da növbəti dəfə xəstələnəndə qəfildən de. Skaypdan de onunla evlənmək istədiyini. Qəhqəhəylə elə güləcəksən ki, niyə hələ də sinən partlayıb qana boyanmayıb deyə təəccüb edəcəksən.

 

Sevginizin tarixçəsini yazacaqsız, qəribə uşaqlarınız və qəribə adları olacaq. Uşaqlarınıza icazə verərsiz “Şapkalı pişik” və “Aslan”a eyni gün baxsınlar. Yaşlandığınızda qışda birlikdə gəzintiyə çıxarsız, sən botinkalarındakı qarı təmizləyərkən o da əzbərdən Kits oxuyacaq.

 

Oxuyan bir qızla sevgili ol, çünki bu sənin haqqındır. Xəyal edilə bilən ən rəngli həyatı sənə verə biləcək bir qıza layiqsən. Əgər ona sadəcə monotonluq, itirilmiş saatlar və alayarımçıq məsləhətlər verə biləcəksənsə, tənha qalman daha xeyirlidi. Əgər dünyanı və onun ardındakı dünyaları istəyirsənsə, onda oxuyan qızla sevgili ol. Ya da ən yaxşısı yazan bir qızla sevgili ol sən.

Tacxeber.com

Oxşar xəbərlər