• 24 Noyabr 2024 05:13

“Rusiyanı 5 hissəyə bölmək istəyirlər” – Serb Respublikasının prezidenti

 

“Qərb Yuqoslaviya nümunəsini rəhbər tutaraq Rusiyanı da beş ayrı hissəyə bölmək planı üzərində işləyirdi, lakin bu alınmadı”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri Bosniya və Herseqovinanın Serb Respublikasının prezidenti Milorad Dodik deyib.

 

Onun sözlərinə görə, 20 il əvvəl Qərb sadəcə olaraq Yuqoslaviyada məşq edirdi ki, illər sonra Rusiyada da eyni şeyi təkrarlasın:

 

“Rusiyaya mümkün qədər yaxınlaşmaq, sonrakı mərhələdə Rusiyanı bölmək üçün Ukraynanı tamamilə işğal etmək istəyirlər. Konkret planları isə Rusiyanı beş hissəyə bölmək idi”.

 

Dodikin sözlərinə görə, Qərbin bu planları Rusiya prezidenti Vladimir Putinin müqaviməti nəticəsində baş tutmayıb. Bununla belə, o, Rusiya üçün təhlükənin hələ tam sovuşmadığı düşüncəsindədir.

Tacxeber.com

Oxşar xəbərlər