• 24 Noyabr 2024 00:51

Xərçənglə bağlı araşdırmanın nəticəsi şok etdi – Çarəsi evlilikdir!

 

Evlilik xərçəng xəstələrini sağaltmaqda kimyaterapiyadan daha güclü təsir göstərir.

 

Tacxeber.com xəbər verir ki, yeni bir araşdırmada bu nəticəyə gəlinib.

 

Araşdırma son zamanlarda sosial mediada gündəm olub.

 

Tədqiqatçılar evli xəstələrin subay xəstələrə nisbətən metastatik xərçəngə tutulma ehtimalının daha az, müvafiq müalicə alma ehtimalının daha yüksək olduğunu və xərçəngdən ölmə ehtimalının 33%-ə qədər az olduğunu müəyyən ediblər.

 

Araşdırma kişilərin evlilikdən əldə etdiyi faydanın qadınlardan daha çox olduğunu da üzə çıxarıb.

 

Təəccüblüdür ki, prostat, döş, kolorektal, qida borusu, baş və ya boyun xərçəngindən əziyyət çəkənlər üçün evliliyin sağ qalmaqda rolunun kemoterapiyadan 20% daha çox olduğu müəyyən edilib.

 

Tədqiqat 2004-2008-ci illər arasında ən ölümcül 10 xərçəngdən birindən əziyyət çəkən 734 889 xəstəni əhatə edib. Onlar ağciyər, kolorektal, döş, mədəaltı vəzi, prostat, qaraciyər, lenfoma, baş/boyun, yumurtalıq və yemək borusu xərçənglərinə tutulmuş insanlar olublar.

 

Araşdırmada evli olmayan iştirakçıların orta yaşı 66, evli iştirakçıların isə orta yaşı 63 olub. Evli xəstələrin daha yüksək gəlir və təhsilə sahib olduğu və onların əməliyyatla müalicə olunma ehtimalının 53% olduğu müəyyən edilib. Həmçinin, evli xəstələrin xərçəngdən ölmə ehtimalı da 12-33% daha az olub.

 

Bu nəticə depressiya, narahatlıq və stressi azaldan tərəfdaşın emosional dəstəyi ilə bağlı ola bilər. Stress xərçəngin böyüməsini təşviq edən iltihaba səbəb olur. Komanda evlilərin fiziki ehtiyaclarını daha yaxşı qarşılaya bildiklərini də ifadə edib.

 

Evli olmayan xərçəng xəstələrində psixi sağlamlıq problemlərinin baş vermə ehtimalı da daha çoxdur.

 

Ən həssas qrupu boşanmış və ya arvadlarını itirmiş kişilər təşkil edir.

Tacxeber.com

Oxşar xəbərlər