• 25 İyun 2024 05:30

“Ölkəmizə idxal olunan kərə yağlarının tərkibi DƏYİŞDİRİLİR” – SENSASİON İDDİA

Son zamanlar kərə yağından şikayətlərin sayı artıb. İstehlakçılar həm yağın qiymətindən, həm də keyfiyyətindən narazıdır. Nəzərə alaq ki, ticarət şəbəkələrində əsasən xaricdən gətirilmiş kərə yağları təklif olunur. Yerli istehsal az da olsa da var. Amma bu yağlar o qədər rəğbət qazanmayıb. 

Bundan əlavə, satışda xarici istehsal olan və nisbətən daha baha qiymətə təklif olunan yağlar da mövcuddur.

Bəs, bu yağlar nə qədər orqanikdir?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, Azərbaycana idxal olunan kərə yağlarının çoxunun tərkibi dəyişdirilir:

“Bir çox xarici markalar çox təəssüf ki, Azərbaycanda qablaşdırılır. Qablaşdırılarkən həmin yağlara böyük miqdarda palma və marqarin əlavə edilir. Çox təəssüf ki, Azərbaycanda palma yağlarından geniş şəkildə istifadə edilir. Ən yaxşı halda palmadan istifadə edilən yağlara “sert yağlar” deyilir. Əslində isə o yağlar “sert”, yəni qarışıq deyil. Onların tərkibinin 90 faizi palma yağıdır. 
Ru gün populyar olan Yeni Zellandiya istehsalı yağların tərkibinin 100 faiz kərə yağı olmasına inanmayın. Çünki Yeni Zellandiyada kərə yağlarının 200, 300, 500 qramlıq qablaşdırılması yoxdur. Bunlar hamısı bizdə qablaşdırılır. Təsəvvür edin ki, bizim marketlərdə kərə yağlarının qiyməti 4-20 manat arasında dəyişir. Hamısının da üzərinə “təmiz kərə yağı” yazılır. Üstəlik də yağlılıq dərəcəsi də 82 faiz göstərilir.

Bu gün regionlarda hazırlanan kərə yağının maya dəyəri 13-14 manatdır. Çox təəssüf ki, bəzi fermerlər də yağın hazırlanma prosesində digər qatqılardan, daha çox marqarindən istifadə edirlər”.

Akif Nəsirli keyfiyyətli kərə yağını müəyyən etməyin yollarından da danışdı:

“Yağı kəsəndə bıçağa bulaşmırsa, qırıntı vermirsə, deməli o saxtadır. Kərə yağının xalisliyini yoxlamağın digər yolu belədir ki, bir balaca hissəcik kəsib suya atırsan. Əgər yağ suyun dibinə çökürsə və suyla reaksiyaya girirsə, deməli xalisdir”.

Tacxeber.com

Oxşar xəbərlər