“Qanuni oğru”nun 15 milyon dolları azərbaycanlı bankirdən çıxdı
Əsəd Mehdiyev kimdir, onu Şakro və FTX generalı ilə nə birləşdirir?
Rusiya kriminal aləminin lideri sayılan “Şakro molodoy” ləqəbli tanınmış anuni oğru” Zaxari Kalaşov azadlığa buraxıldıqdan sonra izini itirib. Onun harada olduğu haqda heç bir məlumat yoxdur.
Bu günlərdə Rusiyanın bəzi media orqanları Şakronun pulları ilə bağlı sensasion məlumatlar tirajlayırlar. Həmin məlumatlarda ən diqqətçəkən məqam isə azərbaycanlı bankir Əsəd Mehdiyevin adının hallanmasıdır.
“Rusiyanın kriminal bankiri, qaçaqmalçı və kölgə oliqarxı” kimi təqdim edilən Əsəd Mehdiyevin təkcə yüksək rütbəli məmurlarla deyil, həm də kriminal mühitdə ciddi əlaqələrə malik olduğu iddia edilir. Belə ki, Əsəd Mehdiyevin özünün dediyinə görə, “qanuni oğru” Zaxar Kalaşov ona minnətdar olmalıdır, çünki həbsdə olarkən kapitalının bir hissəsini-15 milyon ABŞ dollarını özünün “Slaviya” bankında saxlaya bilib. O da bildirilir ki, Maqadan vilayətinin qubernatorunu qətlə yetirməkdə təqsirli bilinərək uzun müddət həbsdə yatan Şakronun yaxın adamları Aleksandr Zaxarova və Martin Babakexyan tez-tez onun Moskvanın Kedrova küçəsindəki ofisində girmək mümkündür.