• 25 İyun 2024 05:11

Zaqatalada 3 nəfərdə qarayara aşkarlandı – SAKİNLƏR TƏLAŞ İÇİNDƏ

Zaqatala sakinlərində qarayara xəstəliyi aşkarlanıb.

 

Rayonun Faldarlı kəndində, kənd sakini 1972-ci il təvəllüdlü Canqa Xalis oğlu Süleymanovda qarayara xəstəliyinin aşkarlandığı bildirilir.

Məlumata görə, C.Süleymanov Bakıdakı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Kənd sakinində qarayara xəstəliyinin aşkarlanması ilə bağlı Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Faldarlı kənd inzibati ərazi üzrə nümayəndəliyindən faktı təsdiqləyiblər.

 

Nümayəndəlikdən verilən məlumata əsasən, kəndin daha iki sakini – 1983-cü il təvəllüdlü Aliyə Ələsgər qızı Cəfərova və 1995-ci il təvəllüdlü Nail Nurməmməd oğlu Məmmədovda da qarayara xəstəliyinin ilkin əlamətləri özünü büruzə verib. Hər iki şəxs Kliniki Tibbi Mərkəzə yerləşdirlib. Onlardan da müvafiq nümunələr götürülüb laboratoriyada yoxlanmaq üçün göndərilib.

 

Kənd camaatının verdiyi ilkin məlumata görə, xəstəliyin yayılmasına kənddə kəsilib satılan mal əti səbəb olub. Baş verənlərlə əlaqədar sakinlər təlaş içindədir.

 

Hazırda xüsusi həkim briqadası və Zaqatala Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları kəndə ezam edilib.

Tacxeber.com

Oxşar xəbərlər