İldırım vurması nəticəsində həlak olan hərbçimiz nişanlı olubmuş
İldırım vurması nəticəsində həlak olan hərbçimizlə bağlı yeni məlumat əldə olunub.
Tacxeber.com Bizim.Media – ya istinadla xəbər verir ki, faciəli şəkildə həlak olan mayor Baxış Baxışlı nişanlı olubmuş.
Qeyd edək ki, hərbçimiz Tərtər rayonundan idi.
Məlumata görə, sözügedən hadisə xidmət vaxtı gecə saatlarında baş verib.
Xatırladaq ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.
09:35
Azərbaycanın iki hərbi qulluqçusu ildırım vurması nəticəsində həlak olub.
xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.
Bildirilib ki, iyun ayının 9-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində mayor Baxış Elşən oğlu Baxışlı və əsgər Əli Elşən oğlu Nağıyev dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrini icra edərkən ildırım vurması nəticəsində vəfat ediblər.