“20 ilin müəllimini imtahandan kəsmək düz deyil”
“Müəllimlərin sınaqdan keçirilməsi lazımdır. Amma bu şəkildə olmamalıdır. Onların dərəcə alması üçün sınaq imtahanı təşkil etmək olar”.
Bunu Bakupost.az -a açıqlamasında sabiq təhsil naziri, professor Firudin Cəlilov deyib.
O, müəllimlərin təcrübəsinin nəzərə alınmasını təklif edib:
“Müəllim 1-ci, 2-ci, 3-cü dərəcə almalı və ona uyğun da əmək haqqı təyin edilməlidir. Dərəcə seçimində imtahana müəllimin verdiyi dərslə bağlı suallar salınmalı, təcrübəsi də nəzərə alınmalıdır. 20 ilin müəllimini imtahandan kəsib qıraqda qoymaq düz deyil. Axı müəllimin təcrübəsi var. Həyat və iş təcrübəsi 10 universitetdən dəyərlidir. Seçim məsələsində bir az insaflı olmaq lazımdır”.