Ukraynaya “Miraj”lar gəlir: savaş kəskinləşir
Rusiya-Ukrayna müharibəsinin səngiyəcəyi proqnozlaşdırılmır. Rusiya öz hərbi-sənaye kompleksini gücləndirib və müharibəyə göndərdiyi hərbi texnikanın sayını artırıb. Ukrayna hərbi texnika və sursat sarıdan zəifləsə də, ABŞ və Avropa ölkələri son aylarda Ukraynaya hərbi dəstəyin miqyasını çoxaldıblar. Ukraynaya hərbi təchizat göndərən ölkələr Rusiyadakı hərbi obyektlərə zərbə endirməyə icazə veriblər.
Tacxeber.com xəbər verir ki, bu sözlər “Atlas” Araşdırmalar Mərkəzinin analizində əks olunub.
Analizdə vurğulanır ki, gedişat müharibənin hələ uzun müddət davam edəcəyini göstərir:
“Fransanın “Miraj-2000” qırıcı təyyarələrini Ukraynaya təhvil verməyə hazırlaşması müharibənin miqyasını genişləndirəcək. 1970-ci illərdə hazırlanan “Miraj-2000” təyyarələri artıq Fransada istifadə olunmur. Fransa bu təyyarələri idarə etmək üçün ukraynalı pilotların hazırlanmasını həyata keçirəcək. Təlimlər Fransada keçiriləcək. İlin sonuna qədər ukraynalı pilotların təlimləri başa çatacaq.
ABŞ və Fransa ukraynalı pilotların hazırlıqlarına başlayarkən, Vaşinqton NATO-nun bir qrup pilotunun əməllərindən narahatdır. “Faynənşl Tayms” dərgisinin yazdığına görə, Çin Müdafiə Nazirliyi NATO pilotlarını ölkəyə dəvət edərək, çinli pilotlara kurs keçmələrini istəyir. Çin bu məqsədlə özəl şirkətlərin imkanlarından istifadə edir. Özəl şirkətlər elanlar verərək, yüksək maaş müqabilində NATO ölkələrinin keçmiş hərbi pilotlarını Çində işə dəvət edirlər. Cənubi Afrika Respublikasında fəaliyyət göstərən bir sıra özəl şirkətlərin vasitəsilə Böyük Britaniyanın 20-yə yaxın keçmiş pilotu Çində fəaliyyətə başlayıb. Keçmiş pilotları yüksək maaş vədi cəlb edir. Həmin pilotlar həm çinli pilotlara kurs keçir, həm də vaxtilə idarə etdikləri hərbi təyyarələr barədə təcrübələrini bölüşürlər. ABŞ bu prosesin qarşını almağa çalışsa da, keçmiş pilotlara alternativ təklif edə bilmir”.
Analizdə bildirilir ki, Çinin peşəkar hərbi pilotlara ehtiyacı Tayvan ətrafındakı vəziyyətlə də bağlıdır: