Uşaqlar arasında yayılan xəstəlik nədir? – HƏKİM DANIŞDI
Son günlərdə azyaşlılar arasında göyöskürək xəstəliyi yayılıb. Xəstəliyin əsas əlaməti adi qrip kimi olsa da, daha sonra boğaz ağrısı meydana çıxır.
Maraqlıdır, görəsən, uşaqları bu xəstəlikdən necə qorumaq lazımdır?
Məsələ ilə bağlı həkim-terapevt Elşən Tağıyev Lent.az-a açıqlamasında bildirib ki, son illərdə insanlar göyöskürəyə qarşı peyvəndlənmədən imtina edirdilər.