• 23 Oktyabr 2024 17:24

Şərurlu İsfəndiyarın yalanı üzə çıxdı, qırılan yük lifti imiş – Açıqlama

 

Xəbər verdiyimiz kimi, ötən gün “Həsi Aslanov” metrostansiyasının yaxınlığında, Xudu Məmmədov küçəsində yerləşən “Şərur MTK” yaşayış kompleksində liftin qırılması nəticəsində 8 nəfər xəsarət alıb.

 

Tacxeber.com xəbər verir ki, “Şərur MTK”nın sahibi, tikinti maqnatı kimi tanınan İsfəndiyar Axundov  baş vermiş hadisə ilə əlaqədar mətbuata açıqlamasında bina sakinlərini günahlandırıb.

 

O deyib ki, lift 4 nəfərlik olmasına baxmayaraq 8 nəfər istifadə edib və  onlardan birinin çəkisi 150 kq olub. MTK sədri liftin üçqat yükləndiyini və buna görə qırıldığını söyləyib.

 

Hadisə nəticəsində xəsarət alan şəxslərdən birinin qohumu Şəhla Cəlilzadə saytımıza açıqlamasında bildirib ki, hadisə sərnişin yox, yük liftində baş verib:

 

“Dünən gecə Xətai rayonunda liftin qırılması nəticəsində qardaşım qızı da yaralanıb. Onun 2 ayağı sınıb.

 

Həmin liftdə ümumilikdə 8 nəfər olub. Onlardan ikisi azyaşlıdır. Liftdə 150 kiloluq insan yox idi. Yük lifti olub. Yəni azı 1 ton yükü qaldırmalı idi, qaldırmağa gücü çatmasa, siqnalizasiya sistemi aktivləşməli idi.

 

Əsas məsələ odur ki, tək bu lift deyil, bütün liftlər yoxlanmalıdır, çünki bir çoxu bərbad vəziyyətdədir”, –  deyə o söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər