• 23 Noyabr 2024 00:15

Hansı ölkənin nə qədər nüvə silahı var? – SİYAHI

Hazırda dünyadakı nüvə silahlarının sayı dəqiq bilinmir. Bu sahədə tədqiqat aparan müxtəlif qurumlar, fərqli saylar ortaya çıxarırlar. Bu sayılar ortaq məxrəcə gətirilən zaman dünyadakı nüvə silahlarının sayının 14 min 995 ədəd olduğu təxmin edilir. Nüvə silahları bütün ölkələr üçün qorxuludur və buna görə də belə silahı olan ölkələr digərləri üstündə müqayisəsiz hegamoniya yarada bilirlər.

 

Bəs hansı ölkələrdə nüvə silahı var və sayı nə qədərdir?

Tacxeber.com “euronews”‘ istinadla xəbər verir ki, Stokholm Benəlxalq Sülh İnstitutu (SIPRI) və Amerika Elm Adamları Federasiyasının (FAS) birgə apardığı araşdırmalara görə hazırda dünyada sadəcə 9 ölkədə nüvə silahı var.

 

Rusiya

Siyahıya Rusiya rəhbərlik edir. 6 min 850 nüvə silahı olan Rusiyada prezident Vladimir Putinin bu silahları istədiyi kimi istifadə etmək hüququ var.

 

ABŞ

İkinci yerdə ABŞ dayanır ki, onun da 6 min 450 nüvə silahı mövcuddur. Prezident Donald Trampın da ABŞ Konqresi ilə məsləhətləşmədən nüvə silahlarından istifadə hüququ var.

 

Fransa

Üçüncü yerdəki Fransanın isə sadəcə 300 ədəd nüvə silahı var ki, bu da prezidentin səlahiyyətindədir.

 

İngiltərə

İlk nüvə silahını 1952-ci ildə sınaqdan keçirən İngiltərə isə 225 ədəd nüvə başlığı ilə siyahının dördüncüsüdür. Bu ölkədə nüvə silahından istifadə hüququ ölkənin baş nazirində və ya onun təyin etdiyi bir millət vəkilində olur.

 

Çin

Çindəki nüvə prosesləri haqqında çox məlumat yoxdur. 1964-1996-cı illər aralığında ölkədə 45 nüvə silahı sınaqdan çıxarılıb və hazırda Çinin 280 ədəd nüvə silahının olduğu ehtimal edilir. Bu sayı Çini siyahıda 5-ci yerə qoymağa icazə verir.

 

Pakistan

İlk nüvə silahını cəmi 26 il bundan əvvəl sınaqdan çıxarmış Pakistan isə təxminən 140-150 nüvə başlığı ilə 6-cı yeri tutur. Pakistanda baş nazir Nüvə Qəraragahına nəzarət etdiyi üçün nüvə silahları onun tabeçiliyndə sayılır.

 

Hindistan

7-ci yerdəki Hindistanın isə 130 və ya 140 nüvə silahı olduğu ehtimal edilir. Burada da nüvə silahlarına baş nazir nəzarət edir.

 

İsrail

Nüvə silahı olan digər bütün ölkələrdən fərqli olaraq 8-ci yerdəki İsraildə bu silahların istifadə hüququ bir nəfərdə deyil. Beynəlxalq ictimaiyyət İsrailin nüvə silahı olduğundan şübhə eləmir ancaq, İsrail hökuməti indiyə kimi heç vaxt bu barədə rəsmi açıqlama verməyib.

 

Şimali Koreya

Sonuncu yerdəki Şimali Koreyanın isə 10 və ya 20 nüvə başlığı olduğu ehtimal edilir.

Tacxeber.com

Oxşar xəbərlər