• 21 Sentyabr 2024 04:09

Arda Gülər Avropa çempionatlarının tarixinə düşdü

Türkiyə milliisinin futbolçusu Arda Gülər Avropa çempionatlarının tarixinə düşüb.

 

Tacxeber.com xəbər verir ki, “Real”ın (Madrid) üzvü qitə turnirləri tarixində çıxdığı ilk oyunda qol vuran ən gənc oyunçu (19 yaş 114 gün) adını qazanıb.

 

O, bu uğura Gürcüstanla keçirilən matçda komandasının ikinci qolunu vurmaqla nail olub.

 

A.Gülər portuqaliyalı Kriştiano Ronaldunun AVRO-2004-dəki rekordunu (19 yaş 128 gün) yeniləyib.

 

Qeyd edək ki, AVRO-2024-ün F qrupunun matçında Türkiyə Gürcüstan yığmasına 3:1 hesabı ilə qalib gəlib.

Tacxeber.com

Oxşar xəbərlər