• 25 Noyabr 2024 02:31

“Pfizer” vaksinin təhlükələrini dünyadan gizlədib?

COVID-19 peyvəndi istehsalçısı “Pfizer” vaksinin təhlükələri haqqında məlumatları gizlədib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

 

Agentliyin məlumatına görə, Kanzas ştatının səlahiyyətliləri şirkətə qarşı iddia qaldırıblar, çünki onlar təşkilatın peyvəndin təhlükələri ilə bağlı məlumatları gizlətdiyini və bununla da ictimaiyyəti çaşdırdığını düşünürlər.

 

Hələ 2021-ci ilin əvvəlində şirkətin peyvəndin hamiləliyin ağırlaşmasına, o cümlədən düşməsinə, həmçinin miokardit və perikarditə səbəb olduğuna dair sübutları gizlətdiyi bildirilir.

 

Bundan əlavə, ştatın baş prokuroru “Pfizer” peyvəndin effektivliyi ilə bağlı məlumatları təhrif etməkdə ittiham edərək, şirkətin bu yolla insanlardan pul qazanmağı hədəflədiyi qənaətindədir.

 

Eyni zamanda, “Pfizer” bütün ittihamların əsassız olduğunu, təşkilatın bəyanatlarının dəqiq və elmi cəhətdən əsaslandırıldığını bildirir.

Tacxeber.com

Oxşar xəbərlər