Azərbaycanda mal ətinin topdansatış qiyməti 5 manatdır – Rəsmi
Ötən il Azərbaycanda kənd təsərrüfatı müəssisələri tərəfindən 5 milyon 879 min 200 kiloqram, fərdi sahibkarlar tərəfindən isə 707 min 600 kiloqram mal-qara əti satılıb.
Kənd təsərrüfatı müəssisələri tərəfindən satılan ətin 1 kiloqramının maya dəyəri 4,3 manat, fərdi sahibkarlar tərəfindən istehsal olunan ətin 1 kiloqramının maya dəyəri isə 6,4 manat olub.
Qeyd edək ki, kənd təsərrüfatı müəssisələri mal-qara ətinin 1 kiloqramını 5,1 manata, fərdi sahibkarlar isə mal-qara ətinin 1 kiloqramını 7,7 manata satıblar.
Məlumat üçün bildirək ki, ötən il Azərbaycanda sümüklü mal ətinin pərakəndə satış qiyməti orta hesabla 14 manat, sümüksüz mal ətinin (tikə) pərakəndə satış qiyməti isə 16 manat olub.