Kim Çenin Putini bu cür qarşılamasının səbəbi…
Rusiya Prezidenti Vladimir Putinin Pxenyana səfəri NATO və bütövlükdə Qərbə açıq düşmənçilik edən nüvə ittifaqının yaradılmasının narahatedici əlamətidir.
Tacxeber.com xəbər verir ki, bu barədə “Tayms” nəşri yazıb.
“Kim Çen İnin sırf yemək və yanacaq vədinə görə Putini bu qədər səxavətlə qarşılaması ehtimalı çox azdır. O, qabaqcıl rabitə sistemləri, nüvə sualtı qayıq texnologiyası, hərbi peyk texnologiyası və qabaqcıl qitələrarası ballistik raket texnologiyası istəyir”, – bunu Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin analitiki Viktor Ça deyib.