• 23 Oktyabr 2024 11:30

Parlament buraxılır – YAP qərar verdi

Yeni Azərbaycan Partiyasının (YAP) qapalı iclası keçirilib.

 

Tacxeber  Azpolitika-ya istinadla xəbər verir ki, iclasda növbədənkənar parlament seçkilərinin keçirilməsi məsələsi müzakirə olunub.

İclas zamanı YAP-ın İdarə Heyəti qərara alıb ki, hakim partiyadan olan deputatlar mövcud Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etsinlər.

 

Bu da növbədənkənar sessiyanın son iclasında Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkiləri təyin etmək üçün Prezidentə müraciət ediləcəyini gözləməyə əsas verir.

Növbədənkənar parlament seçkilərinin isə sentyabr ayında keçirilməsi gözlənilir.

 

Tacxeber.com

Oxşar xəbərlər