• 16 Sentyabr 2024 23:53

Son kartlarını oynamağa başladılar – Ərdoğanın səfərindən əvvəl hücuma keçdilər

Son kartlarını oynamağa başladılar - Ərdoğanın səfərindən əvvəl hücuma keçdilər

FETÖ daxilindən gələn etiraflar, terror təşkilatının lideri Fətullah Gülənin sağlamlıq durumu və başqa yerə qaçırılması təşkilat daxilindəki çatların daha da dərinləşməsinə səbəb olub.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı təhlükəsizlik mənbələrinə istinadla məlumat yayıb.

 

İddiaya görə, təşkilat üzvləri öz gündəmlərini dəyişmək üçün ABŞ Prezidenti Co Baydenə məktub göndərməyə hazırlaşırlar. ABŞ Konqresinin bəzi üzvləri də hazırlanmış məktuba öz töhfələrini veriblər.

 

Son zamanlar FETÖ daxilində artan daxili çəkişmələr, Gülənin səhhətinin ağırlaşmasından sonra qaçırılma iddiaları təşkilat daxilində parçalanmaya səbəb olub.

 

Terror təşkilatının rəhbərliyi parçalanmanın qarşısını almaq üçün hər cür səy göstərir. Gülənin səhhətinin “yaxşı” olduğunu sübut etmək üçün keçmiş foto və videogörüntüləri sosial mediada paylaşılır.

 

Nüfuzunu itirən FETÖ yeni çıxış yolu axtarır, bunlardan biri də Türkiyə əleyhinə Baydenə göndəriləcək məktubdur.

 

FETÖ-çülər məktubda Türkiyə hökumətinə qarşı çevrilişə cəhddən bəhs etmədən təşkilat üzvlərinə qarşı “ədalətsiz siyasət”in aparıldığını bildirirlər. Terrorçular Türkiyənin daxili işlərinə də toxunurlar, Səlahəddin Dəmirtaş, Osman Kavala və Yüksel Yalçınkaya ilə bağlı Avropa İnsan Haqları Məhkəməsinin çıxardığı qərarlarla bağlı Ankaradan Baydenə şikayət edirlər.

 

Məktubda Türkiyə ilə ABŞ arasında ikitərəfli münasibətlərə müdaxilə cəhdi də diqqət çəkir. ABŞ-dən Türkiyəyə təzyiq göstərməsi istənilir.

 

Məktubda tələblərdən biri də fəthullahçı terror təşkilatına mənsub məhbusların qeyd-şərtsiz azadlığa buraxılması və işlərinə qayıtmalarının təmin edilməsi ilə əlaqəlidir.

 

FETÖ ABŞ prezidentinə yazdığı məktubu hələlik paylaşmayıb. Təşkilat məktubu yayımlamazdan əvvəl imzatoplama kampaniyasına başlayıb. FETÖ məktuba əlavə olunacaq imzaların sayını artırmaqla təşkilatın ABŞ prezidenti üzərində təsirini artırmağı hədəfləyir.

 

Türk mənbələri qeyd edirlər ki, iyulda ABŞ-də keçiriləcək və Prezident Rəcəb Tayyib Ərdoğanın qatılacağı NATO liderlər zirvəsi öncəsi FETÖ son kozırını oynayır. FETÖ-çülər Baydenə göndərəcəkləri məktubun NATO sammitində gündəmə gətirilməsi üçün çalışırlar, məqsədləri qondarma iddia və ittihamlarla zirvədən öncə Türkiyəyə təzyiqlərə nail olmaqdır. /Teleqraf.com/

Tacxeber.com

Oxşar xəbərlər