Kadırov oğlunu 14 yaşlı qızla evləndirdi
Çeçenistan lideri Ramzan Kadırov 17 yaşlı oğlu Əlini Dövlət Dumasının deputatı Adam Delimxanovun azyaşlı nəvəsi ilə evləndirib.
Bu barədə Ukrayna mediası məlumat yayıb.
İddia edilib ki, iyunun 8-də Çeçenistan rəhbərinin iki oğlu, 17 yaşlı Əli və 16 yaşlı Adam gizli şəkildə evləniblər.
Jurnalistlər gəlinin anası Xedi Delimxanovanın sosial şəbəkələrini təhlil etdikdən sonra belə qənaətə gəliblər ki, Əlinin həyat yoldaşının yaşı 14-dən çox ola bilməz.
16 yaşlı Adam Kadırov isə Delimxanovun əmisi oğlu senator Süleyman Geremeyevin qızı ilə evlənib. Onun neçə yaşı olduğu məlum deyil.