• 23 Noyabr 2024 00:16

Tolik bu məşhurları yıxdı-sürüdü: “Gecə həyatı yaşayırlar…” – Qalmaqal 

Tolik bu məşhurları yıxdı-sürüdü: “Gecə həyatı yaşayırlar...” - Qalmaqal 

Müğənni Mehin Hümbətovanın və prodüser Tarix Əliyevin influenserlər haqqında fikirləri bloger Aypara Məmmədova (Ayparali) tərəfindən xoş qarşılanmayıb. 

 

Tacxeber.com xəbər veri ki, “Tarixin bir günü” verilişində Tolik “Bu gün instaqram bağlansa, bu influenserlərin heç biri olmayacaq. Onlar görmədikləri həyatı öz izləyiciləri üçün yaşayırlar. Məndən inciməsinlər, bir qarın yeməyə restorana gedən adamlardırlar. Nə var-nə var bunların qabağına bir tikə lüləkabab qoyulacaq, onu çəkib izləyiciləri ilə paylaşacaqlar. Düşünürəm ki, bu influenserlərin bəziləri özlərini müğənnilərdən üstün tutmağa çalışırlar” fikirlərini söyləyib.

 

Mehin isə onun sözlərinə bu fikirlərlə cavab verib:

 

“İnfluenserlər müğənnilər olmayan ortamda özlərini öndə tuta bilər. Müğənnilər olan ortamda şəkil çəkdirməyə, onlarla dostluq etməyə çalışırlar. Biz olmayan yerdə özlərini üstün saya bilərlər”.

 

Sözügedən dialoqu səhifəsində paylaşan Toliklə və Mehinlə razılaşmadığını bildirən Ayparali fikirlərini belə ifadə edib:

 

“Xanımın dediklərinə qətiyyən qatılmıram. Heç bir ortamda qaçıb heç bir müğənni ilə yaxınlıq yaratmağa, nə də şəkil çəkdirməyə çalışmamışam. Düzdür, bu ayıb bir şey deyil. Ancaq içimdən gəlməyib, gəlməyibsə, demək ki, bu onu özümdən üstün görmədiyim üçündür. Dost olaraq hansısa müğənni ilə nə vaxtsa yaxınlıq quraramsa, bu başqa məsələ. Ona görə də bu fikri hər kəsə şamil etməyin, zəhmət olmasa… Bir qarın yeməyə paylaşım edən influenserlər olduğu kimi çox biabırçı qalmaqallarla gündəmdə qalmağa çalışan müğənnilərimiz də az deyil ona qalsa… (özünü “yığdırıb” gündəmə gəlmək istəyənləri hələ heç demirəm) Yəni hər sferanın pisi də, yaxşısı da var…

 

Tarix bəy, sizin söylədiyiniz “sabah instaqram olmasa bloger və infuenserlerin heç biri olmayacaq” fikrinizlə də razı deyiləm. Ona görə ki, mən 1 ildən çoxdur demək olar ki, instaqram işlətmirəm və şəhərdə hara gedirəm tanınıramsa, yoldaşım, uşaqlarım tanınırsa, demək ki, bizim simamız artıq tanınır. Bu şöhrət televiziyadan gəlir ya sosyal mediadan gəlir, nə fərqi var? İnstaqram bağlansa, başqa platformaya üz tutulacaq çıxış yolu olaraq. Nəsə bir yol tapılacaq yəni, narahatlığa heç bir əsas yoxdur. Televizya, radio günümüzə qədər gəlib çatıbsa, deməli, bizim də qarşımızda uzun illər var. Hansı ki, dünya markaları illər keçdikcə, sosyal meiya üzərindən reklamvermədə büdcəni genişləndirməkdə davam edir. Yəni televizyadan alıb sosial mediaya verir. Artıq hər kəs öz kanalını yaradıb. Televiziyadakı kanallara ehtiyac qalmayıb. Bu artıq reallıqdır, anlayıb dərk edək. Müğənni mahnısını oxuyub pul qazanır. İnfuenser kontent yaradıb, reklam alıb, pul qazanır. Hərənin öz auditoriyası var və hər iki tərəf öz məşhurluğunun payını alır. Heç bir tərəf digərindən üstün, ya da alçaq deyil. İnfuenserlik hələ ki bir peşə, sənət qolu olaraq qəbul edilməsə də, bu reallıq qapıdadır. Bu gün blogerlər nazirliklər tərəfdən görülürsə, rəğbət duyulursa, dövlət tədbirlərinə dəvət alırsa, bu artıq özünüsübutdur”.

 

Prodüser isə Ayparanı cavabsız qoymayıb:

 

“Bu gün gecə klubundan çıxan, gecə həyatı yaşayan qızların əksəriyyəti “bloger”dir. Ailə blogerləri var, amma onların da əksəriyyəti nümunəvi deyil. Nümunə olanlar göz önündədir. İnfluenserlər nəyinsə piarına dəstək olmaq üçün dəvət oluna bilər, ancaq bu göstərici deyil. Çünki insanlar yalançı yarışmalardan, reklamlardan beziblər. Feyk şərhlər, izləyicilər… Bu ki faktdır”… (OLAY)

Tacxeber.com

Oxşar xəbərlər