• 23 Noyabr 2024 05:08

Fransızlar niyə yayda alma şirəsinə üstünlük verirlər?

 

Fransada yay aylarında ən çox içilən içkinin təbii alma şirəsi olduğu bildirilir.

 

Medicina.az xəbər verir ki, elm də alma şirəsinin yay üçün ən uyğun içkilərdən biri olduğunu təsdiqləyir. Bunun səbəbi isə alma şirəsinin ürəyi qoruyub beyin sağlamlığını yaxşılaşdırmasıdır.

 

Ürək xəstələrinin risk altında olduğu qızmar havalarda ürəyi qorumaq üçün əla içki olan alma şirəsinin faydalarını araşdırdıq:

 

Alma şirəsi ürək xəstəliklərindən qoruya biləcək antioksidantlar ehtiva edir. Amma bu, alma şirəsi istehlak etmək üçün yeganə səbəb deyil.

 

Alma şirəsi çəki nəzarətinə də kömək edir. “Fransız” deyəndə gözümüzdə kök insan obrazı canlanmır. Mütəxəsəsislər bunda alma şirəsinin də rol oynadığını bildirirlər. Çünki fransızlar qablaşdırılmış qazlı və zərərli sərinləşdirici içkilər əvəzinə alma şirəsi içirlər.

 

Alma şirəsi içmək uşaqlarda astmanın inkişaf riskini azaltmağa kömək edə bilər.

 

– Alma şirəsinin müntəzəm istifadəsi beyin sağlamlığını yaxşılaşdırmağa və Alzheimer xəstəliyi riskini azaltmağa kömək edir.

 

– Alma şirəsi bədəndə düzgün maye balansını saxlamağı asanlaşdırır.

– Diabet zamanı faydalıdır.

– Sinir hüceyrələrinə qoruyucu təsir göstərir.

– Alma şirəsi iltihabı azaldır.

– Bu meyvənin şirəsi A vitamini, C vitamini, B qrup vitaminlərlə, eləcə də Kalium, Kalsium, Natrium, Fosfor, Sink, Manqan, Dəmir, Maqnezium, Selenium və Mis kimi minerallarla zəngindir.

Tacxeber.com

Oxşar xəbərlər