• 14 İyul 2024 04:28

Liderlər hansı saat markalarına üstünlük verirlər? – SİYAHI

 

Moda və siyasət ayrı sahələr kimi düşünülsə də, həmişə bir-biri ilə əlaqəli olublar. Tarix boyu liderlər,  dövlət başçıları özlərinə məxsus obraz  yaratmaq üçün dizaynerlərə üz tutublar.  Bu mənada ölkə başçılarının istifadə etdikləri aksesuarlar da diqqət mərkəzindədir.

 

Maraqlıdır, liderlər hansı saat markalarına üstünlük verirlər?

 

Sfera.az bu dəfə həmin məlumatı təqdim edir:

 

ABŞ Prezidenti Co Bayden – Ölkə başçısının üç sevimli saat modeli var – “Rolex”dən “President” modeli, “Patek Philippe”  brendindən “Golden Ellipse”  və “Vacheron Constantin”dən  “Historiques Ultra-Fine 1968” modeli… Bayden tez-tez qolf oynayarkən “Patek Philippe”  brendindən “Golden Ellipse”  modelinə üstünlük verir. “Vacheron Constantin” saatı isə onun müntəzəm olaraq taxdığı aksesuar brendidir. Bayden, ümumiyyətlə, gümüşü qızıldan üstün tutur. Onun dəfələrlə istifadə etdiyi modellərdən biri də Şahzadə Uilyamın da imtina edə bilmədiyi brend –  “Omega Seamaster Diver 300m”dir. ABŞ prezidenti üç fərqli rəngdə saat taxır: mavi, qara və qızılı. Bayden “Omega” ilə yanaşı “Vulcain Cricket”dən də istifadə edib.

 

Rusiya lideri Vladimir Putin – O, “Patek Philippe” brendini çox sevir. Sözügedən marka hətta uğurlu kişilər üçün də qeyri-adi saatdır və dünyanın ən yaxşı saat markası hesab olunur.  Putin isə “Patek Philippe Calatrava” və “Patek Philippe Perpetual Calendar” kimi saatların sahibidir. Prezidentin “Breguet Marine” və “Blancpain Aqua Lung”dan istifadə etdiyi də görülüb.

 

Çin Xalq Respublikasının Sədri Si Cinpin – O, daha çox “Omega” brendinə üstünlük verir. Çin prezidentinin seçdiyi “Constellation” modeli isə klassik üslubda olmaqla yanaşı, həm də maksimum rahatlığı təmin edir. Beləliklə, bu saat həssas və praktik bir şəxsiyyəti əks etdirir.

 

Şimali Koreya lideri Kim Çen In – Ölkə başçısı geyimində olduğu kimi aksesuarlarında da sadəliyə üstünlük verir. Onun seçimlərindən biri “Movado Museum” saatıdır.  Sözügedən model 1947-ci ildə rəssam Nathan George Horwitt tərəfindən hazırlanıb.

 

Fransa Prezidenti Emmanuel Makron – O, orta səviyyəli brend sayılan “Merci LMM-01” saatından istifadə edir.  Bu saatın qiyməti 475 dollardır. Makron həmçinin “ Cartier Tank”a bənzəyən, amma  əslində “Longines Dolce Vita” olan gümüşü rəngli saatdan da istifadə edib. Üstəlik, Makronun Yelisey sarayında heç kimin bilmədiyi gizli saat kolleksiyasının olduğu da iddia edilir.

 

Türkiyə Prezidenti Rəcəp Tayyip Ərdoğan – Onun “Franck Muller”,  “Cintree Curvex Chronograph” model saatı böyük marağa səbəb olub. Ərdoğanın yalnız “Rixos” otellərində yerləşən “Lydion” adlı mağazalarda satılan saatının qiymətinin isə 43 min dollar olduğu təxmin edilir.

Tacxeber.com

Oxşar xəbərlər