Onlara Sarayda konsertə icazə verməyiblər!
Müğənnilər Vəfa Şərifova, Şəbnəm Tovuzlu və meyxanaçı Orxan Lökbatanlının Heydər Əliyev Sarayında konsertinə icazə verilməyib.
Bu barədə aparıcı-prodüser Tarix Əliyev “Xəbərin var?” verilişində danışıb. O bildirib ki, bir neçə ay öncə Vəfa sözügedən məkanda konsert vermək istəyib:
“Bir neçə ay bundan əvvəl Vəfa Şərifova Heydər Əliyev Sarayında konsert vermək istəyirdi. Mənə dedi ki, istəyirəm, təşkilatçısı olasan. Buradan Sarayın rəhbəri İlham Qasımovu salamlayıram. Onunla danışdım, dedi ki, burada qadağa deyilən bir şey yoxdur. Amma Sarayın əzəməti var.