• 19 Oktyabr 2024 01:20

Arif Quliyevin xanımı vəfat etdi

Mərhum xalq artisti Arif Quliyevin həyat yoldaşı Gülzar Quliyeva vəfat edib.

 

Tacxeber.com axşam.az-a istinadən xəbər verir ki, G.Quliyeva bu gün dünyasını dəyişib.

 

Məlumatı aktyorun oğlu Rövşən Quliyev təsdiqləyib. O bildirib ki, anası bu gün günorta dəfn edilib:

“Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən qəbiristanlıqda, qardaşım Fəridin yanında dəfn etdik”.

 

Qeyd edək ki, Gülzar Quliyeva qaraciyər sirrozundan əziyyət çəkirdi.

Tacxeber.com

Oxşar xəbərlər