• 24 Noyabr 2024 18:57

“Atamın şəkilini mənim şəkilimlə birlikdə paylaşmayın, əcəb edib açıq-saçıq geyinirəm”-FOTO

“Atamın şəkilini mənim şəkilimlə birlikdə paylaşmayın, əcəb edib açıq-saçıq geyinirəm”-FOTO

“Ürəyim nə istəyirsə onu da geyinirəm. Ömür boyu geyinib-keçinən xanım olmuşam. Şükür Allaha ki, həyatın bütün gözəlliklərini, imkanını atam zamanında mənə yaşadıb. Mənim illər öncə geyindiyim dəbli geyimləri bəziləri hələ indi geyinir. Mən dəniz kənarında açıq-saçıq, dənizə uyğun geyinirəm, amma bəzi qızlarımız var ki, şəhərdə o görkəmdə gəzirlər. Geyimimlə bağlı müzakirələrə fikir vermirəm. O qədər ifalar, o qədər şeirlər səhifəmə yükləyirəm ki, onların heç birini paylaşmırlar. Amma geyimimi paylaşırlar, o da səhifələrdə yarım milyon baxış yığır. Geyinmişəm, geyinirəm, geyinəcəm də. Çünki mənə yaraşır, bədən ölçülərim buna imkan verir. Mən indi heç nə geyinməməliyəm ki, kimsə məni müzakirə edəcək?! Bu mənim şəxsi həyatım, şəxsi işimdir. Heç kim qarışa bilməz”

 

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Yaşar Nurinin qızı, müğənni Ülkər Yaşarqızı deyib.

 

O daha sonra əlavə edib:

“Bəziləri rəy yazır ki, atası sağ olanda belə geyinmirdi. Mən atamın sağlığında da belə geyinmişəm. O mənə evin kiçiyi kimi baxıb, oğlan kimi böyümüşəm. Bəzən mənə deyirlər ki, Ülkər xanım, sizə yaxınlaşmağa adam qorxur, o qədər ciddisiz. Çünki mən özüm-özümü qorumağı bacarıram. Atam heç vaxt mənə qadağalar qoymayıb. Çünki geyimimi, yerimi, oturuşumu-duruşumu bilmişəm. Əgər bir insana qiyməti onun geyiminə görə verirlərsə, mənim həmin insanlarla danışacaq mövzum yoxdur. Geyim insanın əxlaq ölçüsü deyil. Biz düzgün tərbiyə almışıq, düzgün tərbiyəli ailədə böyümüşük. Hər bir şeyin yerini bilən insanam. O qədər müğənnilərin açıq-saçıq geyimdə görüntülərini paylaşıb qəşəng sözlər yazırlar ki… Onlar sanki toxunulmazdır! Mənim şəkilimin yanına atamın da şəkilini kollaj edib əcaib başlıq yazırlar.. Mən Yaşar Nurinin qızıyam, bununla da fəxr edirəm. Atamın şəkilini qoymaqla siz məni gözdən salmaq istəyirsiniz?! Bunun heç bir önəmi yoxdur! Biləsiniz ki, belə paylaşımlarla daha da çox gündəmdə oluram. Məni heç kimin gözündən sala bilməzsiniz! Xahiş edirəm sosial şəbəkələrdə geyimlərimlə bağlı paylaşım edəndə atamın şəkilini mənim şəkilimlə birlikdə paylaşmayın! Bəli, atam böyük aktyor, şəxsiyyət olub! Mən də onun övladıyam. Bacardığım qədər onu qoruyub saxlayıram. Öz həyatımı yaşayıram. İşimə gedib-gəlirəm. Heç kimdə işim yoxdur. Halal qazancımı qazanıram. Bir xanım olaraq özümlə fəxr edirəm ki, özüm öz ayaqlarımın üstündə dururam” deyə müğənni bildirib.

Tacxeber.com

Oxşar xəbərlər