İranda prezident seçkiləri – Pezeşkiyan və Cəlili ikinci tura keçdilər
Bütün səsvermə bülletenlərinin nəticələrinə əsasən, İranda prezident seçkilərinin birinci turunda islahatçı Məsud Pezeşkiyan və mühafizəkar Səid Cəlili ən çox səs toplayıblar.
Bu barədə İran Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
Məlumata görə, namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün Pezeşkiyan və Cəlili iyulun 5-də keçiriləcək ikinci turda görüşəcəklər.