• 24 Noyabr 2024 09:56

Kurslar söz verir, ancaq 3 ay ərzində bir dili tam öyrənmək olarmı? – AÇIQLAMA

 

Son zamanlar ingilis dili kurslarının elanları ilə tez-tez rastlaşırıq. “3 aya səlis danışıq öyrədirik”, “5 aya yüksək nəticə ilə sertifikat əldə et” tipli şirnikləndirici cümlələrlə özlərini reklam edirlər. 

 

Bəs 3 və ya 5 ay ərzində bir dili mükəmməl öyrənmək olarmı?

 

Mövzu ilə bağlı sfera.az-a danışan ekspert bildirib ki, hal-hazırda Azərbaycanda 700-dən çox hazırlıq kursu fəaliyyət göstərir:

“Dillə bağlı fəaliyyət göstərən mərkəzlər də kifayət qədərdir. Orta məktəblərin tədris proqramında 1-ci sinifdən 11-ci siniflərə qədər xarici dilin tədrisi nəzərdə tutulub. Ümum təhsil məktəblərində xarici dilin öyrədilməsində keyfiyyət qədər problem var. Bu da insanların alternativ dil mərkəzlərinə getməsinə səbəb olur. Orta məktəblərdə kurikulumun məzmun standartlarına əsasən, şagirdlərdə “speaking”, “listening”, “reading” kimi bacarıqlar yoxlanılmalıdır. Qəbul və buraxılış imtahanlarının nəticələrinə nəzər saldıqda bu sahədə problemlər olduğunu görürük”.

 

Ekspert qeyd edib ki, şagirdlərin yazı və dinləmə tipli tapşırıqlara verdikləri cavablar orta təhsil müəssisələrində xarici dilin tədrisi ilə bağlı boşluq olduğunu göstərir:

 

“Bu zaman alternativ olaraq əlavə xidmət göstərən mərkəzlərə ehtiyac duyulur. 3 ay kimi qısa müddətdə hər hansı bir xarici dilin akademik səviyyədə öyrədilməsi mümkün deyil. Həmin kurslar tələbələrə bu müddət ərzində ən çox işlək olan sözləri və cümlələri əzbərlədir. Bununla da tələbələrə dili öyrətdiklərini inandırmaq istəyirlər. Heç kim bir dili 3 ay ərzində mükəmməl bir şəkildə öyrənə bilməz. Dünyada da belə bir təcrübə yoxdur. 3 ay ərzində sadəcə müəyyən sözləri və cümlələri mənimsəmək olur”.

Tacxeber.com

Oxşar xəbərlər