• 24 Noyabr 2024 18:03

“Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir” – Millət vəkili Fazil Mustafa

“Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir. Zəif bənd kimi müəllimlər tapılıb”.

 

Bu fikri Milli Məclisin 28 iyun tarixində keçirilən sonuncu plenar iclasında deputat Fazil Mustafa deyib.

 

Deputat təhsil səfərbərliyinin keçirilməsini təklif edib. Fazil Mustafa qeyd edib ki, Dövlət İmtahan Mərkəzinin verdiyi statistik rəqəmə görə, təhsil-tədris predmetini mənimsəmə faizi orta statistik abituriyentin 29-43 faizini əhatə edir. İnkişaf etmiş ölkələrdə bu göstərici 70 faizə yaxındır:

 

“Təhsilimizin vəziyyəti bu faktdan kifayət qədər görünür. Sertifikasiya keçirilir, müəllimlərin müəyyən dərəcədə çeşidlənməsi baş verir. Sanki bu ölkədə saxta diplom alan yalnız müəllimlərdir. Zəif bənd kimi müəllimlər tapılıb. Müəllimlərin sosial vəziyyəti ilə maraqlansaq, bir çox müəllimin imtahana hazırlaşmaq imkanı yoxdur. Sertifikasiya imtahanlarının keçirilməsində xeyli qeyri-müəyyənliklər var. Belə ki, 0-29-a qədər təkmilləşməyə ehtiyacı olanlar, 30-dan 50-yə qədər isə qənatbəxş olanlar götürülür. 30-50 arasında böyük məsafə var. Burada dəyişiklik olmalı, 40-dan 50-yə qədər bal toplayanlara 20 faiz əməkhaqqının artırılması tətbiq olunmalıdır”.

Tacxeber.com

Oxşar xəbərlər