“Məhərrəm ayında toy etmək olar, çünki…“
İyulun 7-də ölkəmizdə Məhərrəm ayı başlayır. Bu ayda insanları maraqlandıran bir sıra suallar olur. Bu suallardan biri də toylarla bağlıdır.
Bəs Məhərrəm ayında niyə çoxları toy etmir?
Mövzu ilə bağlı sfera.az-a danışan din xadimi Ağa Hacıbəyli deyir ki, bu ay da digər aylar kimi sıravi aydır:
“Məhərrəm ayında olan tarixi hadisələr bu aya olan baxışı dəyişib. Bu hadisələr insanlarda mənəvi məsuliyyət yaradıb. Bu baxımdan insanlar həzrəti peyğəmbərə və onun əhli-beytinə hörmət əlməti olaraq toy etməkdə israrlı deyillər. Bununla bağlı qayda isə Quranda və hədislərdə yoxdur.
İslam dinində və şəriət nöqteyi-nəzərindən toy mərasimlərinin keçirilməsi qadağan olunmayıb. Bununla bağlı heç bir fitva, yaxud ruhanilərin rəsmi qərarı yoxdur. Baxdığım bütün səhih mənbələr konkret qeyd edir: “Şəriət nöqteyi-nəzərindən məhərrəm ayında toy etmək, kəbin kəsdirmək qadağan deyil”.
Din xadimi qeyd edib ki, eləcə də Məhərrəm ayında dövlət qanunları insanlara seçim azadlığı verir: